İyun 10, 2026-3:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MÜSAHİBƏ

Londonda təhsil alan azərbaycanlı tələbə: Mənim üçün ən böyük uğur ölkəmə fayda verə bilməkdir

2026:06:09 - 16:24
in MÜSAHİBƏ
A A

Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan London Kral Kollecində (King’s College London) ictimai siyasət (public policy) ixtisası üzrə magistratura təhsili alan azərbaycanlı tələbə Fatimə Əsgərli ilə müsahibəmizdə onun xaricdə təhsil təcrübəsi, Londonda tələbə həyatı, təhsil aldığı sahənin qazandırdığı bilik və bacarıqlar, eləcə də gələcək planları barədə söhbət etdik. Həmsöhbətimiz AZƏRTAC-a müsahibəsində Böyük Britaniyanın idarəetmə təcrübəsi, qlobal siyasətdə müşahidə etdiyi əsas tendensiyalar və əldə etdiyi bilikləri gələcəkdə Azərbaycanın inkişafına töhfə vermək məqsədilə necə tətbiq etməyi planlaşdırdığından danışıb.

-Böyük Britaniyada təhsil almaq qərarını necə verdiniz? Niyə məhz London Kral Kollecini seçdiniz?

-Böyük Britaniyada təhsil almaq mənim uzun illərdir qurduğum bir xəyal idi. Xüsusilə London şəhəri ilə hər zaman xüsusi bağ hiss etmişəm. Uşaqlıqdan bu şəhər haqqında oxuyur, filmlərdə və kitablarda onu tanıyırdım. Hətta bəzən elə hiss edirdim ki, bir gün mütləq burada yaşayacağam. London Kral Kollecini seçməyim isə universitetin akademik nüfuzu və beynəlxalq mühiti ilə bağlıdır. Burada dünyanın müxtəlif ölkələrindən gələn tələbələrlə eyni auditoriyanı bölüşmək insanın düşüncə tərzini dəyişir, onu daha açıq fikirli və daha çevik edir.

-Təhsil aldığınız sahə sizə hansı yeni bilik və bacarıqları qazandırıb?

-London Kral Kollecində təhsil almaq mənə təkcə akademik biliklər qazandırmayıb. Burada analitik düşünməyi, müxtəlif mövqeləri müqayisə etməyi, problemlərə fərqli aspektlərdən yanaşmağı və fikirlərimi əsaslandırmağı öyrənmişəm. Eyni zamanda, müxtəlif ölkələrdən olan tələbələrlə birgə işləmək mənə komanda işi, liderlik və ünsiyyət bacarıqları qazandırıb. Düşünürəm ki, müasir dövrdə bilik qədər bu bacarıqlar da böyük əhəmiyyət daşıyır.

-Londonda tələbə həyatı necə keçir? Xarici tələbə kimi qarşılaşdığınız əsas çətinliklər nələr olub?

-London çox sürətli yaşayan şəhərdir. Burada hər gün yeni imkanlar və yeni təcrübələr qazanmaq mümkündür. Tələbə həyatı olduqca maraqlıdır. Universitet tədbirləri, konfranslar, müxtəlif mədəni fəaliyyətlər insanın həm akademik, həm də şəxsi inkişafına müsbət təsir göstərir. Əlbəttə, xaricdə yaşamağın müəyyən çətinlikləri də var. İlk vaxtlar ailədən uzaq olmaq mənim üçün ən çətin məqamlardan biri idi. Lakin bu təcrübə mənə müstəqil olmağı, öz qərarlarımı verməyi və çətinliklər qarşısında daha dözümlü davranmağı öyrətdi.

-Dövlət idarəçiliyi və beynəlxalq münasibətlər sahəsində hazırda dünyada hansı əsas tendensiyaları müşahidə edirsiniz?

-Hazırda dünyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişaf məsələləri əsas gündəm mövzularıdır. Bununla yanaşı, qlobal təhlükəsizlik, enerji siyasəti və beynəlxalq əməkdaşlıq da dövlətlərin diqqət mərkəzindədir. Müasir dövrdə ölkələrin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də insan kapitalının inkişaf səviyyəsi ilə ölçülür.

-Təhsilinizi başa vurduqdan sonra hansı sahədə fəaliyyət göstərməyi planlaşdırırsınız? Əldə etdiyiniz bilik və təcrübəni Azərbaycanın inkişafına töhfə vermək üçün necə istifadə etmək istəyirsiniz?

-Gələcəkdə beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və strateji planlaşdırma istiqamətlərində fəaliyyət göstərmək istəyirəm. Məqsədim əldə etdiyim bilikləri praktik fəaliyyətə çevirmək və faydalı layihələrdə iştirak etməkdir.

Mən həmişə düşünmüşəm ki, xaricdə təhsil almağın əsl mənası əldə etdiyin bilikləri bir gün öz ölkən üçün istifadə etməkdir. Azərbaycanın son illərdə qazandığı uğurlar və inkişaf prosesi hər bir gənc kimi məni də qürurlandırır. Gələcəkdə beynəlxalq təcrübəni ölkəmizin ehtiyaclarına uyğun şəkildə tətbiq etmək, gənclərin inkişafına töhfə vermək və dövlətimizin daha da güclənməsi üçün çalışmaq istəyirəm. Mənim üçün ən böyük uğur yalnız şəxsi nailiyyət deyil, ölkəmə fayda verə bilməkdir.

-Xaricdə təhsil almağı planlaşdıran azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?

-İlk növbədə, özlərinə inanmağı tövsiyə edərdim. Bəzən insan qarşısına böyük hədəflər qoymağa çəkinir, amma hər böyük uğur bir vaxtlar sadəcə xəyal olub. Mən də vaxtilə xəyallar qururdum. Bu gün dünyanın ən prestijli, top 30-a daxil olan London Kral Kollecində təhsil alıram. Buna görə gənclərə demək istəyirəm ki, arzularınızdan vaz keçməyin. Çox çalışın, dillər öyrənin, özünüzü daim inkişaf etdirin və qarşıya çıxan çətinliklərdən qorxmayın. Ən əsası isə sizi sevən və sizə inanan insanların dəyərini bilin. Bir alim övladı olmaq nə qədər qürurverici olsa da, bir o qədər də məsuliyyətli işdir. Mənim uğur yolumda ailəmin, xüsusilə də anamın sevgisi və dəstəyi ən böyük motivasiya mənbəyim olub. Valideynlərim hər zaman mənə inanıb və dəstək veriblər. İnanıram ki, zəhmət, səbir və inam bir araya gəldikdə insan öz arzularına mütləq çatır.

Əvvəlki Yazı

Türkiyənin ixtisaslaşmış texnologiya şirkətinin nümayəndəsi MEK-in qonağı olub

Növbəti Yazı

Samir Vəliyev: Uşaqları sosial media təhlükələrindən qoruyan rəqəmsal mühit yaradılmalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.