İyun 10, 2026-3:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Türkiyənin ixtisaslaşmış texnologiya şirkətinin nümayəndəsi MEK-in qonağı olub

2026:06:09 - 16:12
in SOSİAL
A A

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin “Yordam Bilişim Teknoloji” şirkətinin nümayəndəsi Semih Ezeroğlu ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və Süni intellekt və rəqəmsal kitabxana şöbəsinin baş mütəxəssisi riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov iştirak ediblər.

Əvvəlcə Hüseyn Hüseynov qonağa kitabxananın müasir xidmətləri və rəqəmsal imkanları haqqında ətraflı məlumat verib. O bildirib ki, müasir kitabxanalar rəqəmsal transformasiya prosesində istifadəçilərə daha sürətli və etibarlı xidmət göstərməli, bu məqsədlə isə yüksək texnoloji həllərdən geniş istifadə olunmalıdır.

Direktor vurğulayıb ki, MEK-in yüksək texnoloji infrastrukturu, elektron məlumat bazaları və çevik axtarış sistemləri istifadəçilərə həm yerli, həm də qlobal informasiya resurslarına məsafədən çıxış imkanı yaradır.

Daha sonra Semih Ezeroğlu “Yordam Bilişim Teknoloji”nin təqdim etdiyi “Ağıllı Kitabxana Sistemi” həlləri barədə danışıb. O, kitabxana avtomatlaşdırma sistemlərindən RFID texnologiyalarına, rəqəmsal arxivlərdən informasiya idarəetmə platformaları və süni zəkaəsaslı kitabxana robotlarına qədər geniş texnologiya sistemini əhatə edən bu həllərin kitabxana xidmətlərinin modernləşdirilməsinə, zənginləşdirilməsinə və informasiya idarəçiliyinin daha səmərəli təşkilinə imkan yaratdığını qeyd edib.

Görüş çərçivəsində Semih Ezeroğlu MEK-in elektron avadanlıqları və rəqəmsal xidmətləri ilə yaxından tanış olub. Qonağa elektron kataloq sistemi, rəqəmsal resursların idarə olunması mexanizmləri, oxuculara təqdim edilən məsafədən xidmət imkanları barədə ətraflı məlumat verilib.

Görüş qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

Əvvəlki Yazı

Azərbaycan ali təhsilində ilk: UNEC-də APTIS əsaslı ingilis dili imtahanları təşkil olunub

Növbəti Yazı

Londonda təhsil alan azərbaycanlı tələbə: Mənim üçün ən böyük uğur ölkəmə fayda verə bilməkdir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.