Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində İsrailin cənubi Livanda hava hücumları nəticəsində ən azı 29 livanlı həlak olub. Daha 133 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.
Departamentin X-də dərc olunmuş hesabatında deyilir: “Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan vətəndaşların ümumi sayı 3666-ya, yaralıların sayı isə 11321-ə çatıb”.
Səhiyyə Nazirliyinin məlumatına görə, bir gündə ən çox itki sayı Tir şəhərində qeydə alınıb. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr səhər saatlarında Əl-Masakin yaşayış məntəqəsinə hücum edib. Hava hücumu nəticəsində səkkiz nəfər ölüb, 32 nəfər yaralanıb.
