İyun 10, 2026-3:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Türkiyə Şərq-Qərb dəhlizinin inkişafında həlledici rol oynayır

2026:06:09 - 17:44
in SİYASƏT
A A

Azərbaycan və Türkiyə xalqları əsrlər boyu ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə malik olublar. Bu tarixi bağlılıq iki ölkə arasında münasibətlərin hər zaman xüsusi xarakter daşımasına səbəb olub. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk tərəfindən səsləndirilən “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri, daha sonra Ulu Öndər Heydər Əliyev tərəfindən ifadə olunan “Bir millət, iki dövlət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ideoloji əsasını formalaşdırıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətin Türkiyə olması, eləcə də siyasi, iqtisadi və hərbi sahələrdə daim göstərilən qarşılıqlı dəstək bu qardaşlığın real təzahürü olub. Xüsusilə enerji və nəqliyyat layihələri, regional təhlükəsizlik məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq iki ölkə arasındakı strateji tərəfdaşlığı daha da möhkəmləndirib. Bu münasibətlərin ən yüksək mərhələsi isə 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə başlayıb.

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı əlaqələri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəldən tarixi sənəddir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd iki qardaş ölkə arasındakı münasibətlərin yeni inkişaf mərhələsinin əsasını qoyub.

Bəyannamə siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və informasiya sahələri daxil olmaqla əməkdaşlığın bütün istiqamətlərini əhatə edir. Sənəd ölkələrin suverenliyi, ərazi bütövlüyü və milli maraqlarının qorunması istiqamətində qarşılıqlı dəstəyini təsdiqləyir, regional təhlükəsizliyin təmin edilməsində birgə fəaliyyətin əhəmiyyətini vurğulayır.

Şuşa Bəyannaməsi həm də Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin siyasi nəticələrindən biri kimi qiymətləndirilir. Sənəd işğaldan azad olunmuş ərazilərin bərpası, regionda yeni nəqliyyat-kommunikasiya xətlərinin açılması, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr yalnız Azərbaycan və Türkiyənin deyil, bütövlükdə regionun iqtisadi inkişafına və inteqrasiyasına xidmət edir”, – deyə Ə.Məhərrəmzadə vurğulayıb.

Deputatın sözlərinə görə, Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi yer ayrılması onun ən mühüm xüsusiyyətlərindən biridir. Sənəd iki ölkənin hərbi qüdrətinin artırılması, müdafiə sənayesinin inkişafı, birgə təlimlərin keçirilməsi və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi üçün möhkəm hüquqi baza yaradır. Bu baxımdan Şuşa Bəyannaməsi regionda sülhün və sabitliyin qorunmasına xidmət edən mühüm strateji sənəd kimi çıxış edir. Bu baxımdan da Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixi inkişaf yolunun məntiqi nəticəsi, “Bir millət, iki dövlət” prinsipinin ən yüksək siyasi ifadəsi və gələcək əməkdaşlığın yol xəritəsidir. Bu sənəd iki qardaş dövlətin birliyini daha da möhkəmləndirərək onların regional və beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.

“Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq sistemdə sabitlik və əməkdaşlıq modelinin mühüm nümunələrindən biri kimi çıxış edir. İki ölkənin strateji müttəfiqliyi Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında güc balansına təsir göstərən əsas amillərdəndir. Enerji və nəqliyyat layihələri vasitəsilə Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu əməkdaşlıq regional inteqrasiyanı gücləndirərək Şərq-Qərb dəhlizinin inkişafında həlledici rol oynayır. Azərbaycan-Türkiyə birliyi beynəlxalq təşkilatlar çərçivəsində də ortaq mövqelərin formalaşmasına şərait yaradır”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

Əvvəlki Yazı

Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması prioritet məsələdir

Növbəti Yazı

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.