27 Aİ ölkəsinin daimi nümayəndələri iyunun 10-da Rusiya əleyhinə 21-ci sanksiya paketi ilə bağlı müzakirələrə başlayacaqlar. Bu barədə Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsinin gündəliyində deyilir.
“Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulması ilə əlaqədar qadağanedici tədbirlər və Belarusa qarşı məhdudlaşdırıcı tədbirlər” 10 iyun iclasının gündəliyindəki məsələlərdən biridir.
İyunun 9-da Avropa Komissiyası əsasən Rusiyanın enerji ixracına və bank sisteminə yönələcək 21-ci sanksiya paketinin layihəsini təqdim etdi.
Aİ səfirləri 15 iyun tarixində Lüksemburqda keçiriləcək Aİ nazirlər görüşündə bu paketlə bağlı müzakirə hazırlayacaqlar. (Tass)
