İyun 10, 2026-23:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

2026:06:10 - 14:34
in SOSİAL
A A

Dövlət qulluğunda vakant vəzifələrin tutulması məqsədilə mayın 7-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, elan edilmiş vəzifələr üzrə qeydiyyatdan keçmiş 207 namizədlə ümumilikdə 243 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsahibələrin iyunun 17-dən iyulun 27-dək keçirilməsi nəzərdə tutulur. İştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və keçirilmə yeri barədə ətraflı məlumatı DİM-in müvafiq elektron xidməti vasitəsilə əldə edə bilərlər.

Qeyd olunub ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və aidiyyəti dövlət orqanları tərəfindən əhəmiyyətli həcmdə vəsait və resurs sərf olunur. Bu baxımdan, namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qiymətləndirilmir, məsuliyyətsiz davranış kimi xarakterizə olunur və həmin hallar Mərkəzin məlumat bazasında qeydə alınır.

Namizədlər müsahibədə iştirakdan imtina etmək istədikləri halda, müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinet nömrəsini seçərək açılan müraciət formasında “İmtina” düyməsini sıxmaqla bu barədə məlumat verə bilərlər.

Mərkəz tərəfindən namizədlərə müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi ünvana yaxınlaşmaları tövsiyə olunur.

Xatırladaq ki, elan üzrə 6 dövlət orqanında mövcud olan 14 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Əvvəlki Yazı

Azərbaycan Panamadan ananas alışını 27 dəfə artırıb

Növbəti Yazı

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.