Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, qanun beynəlxalq standartlara cavab verir: “Bu yanaşma uşaqları zərərli təsirlərdən qoruyur. Atılan bu addım informasiya mühitinin sağlamlaşmasına mühüm töhfə verir”.
