İsrailin rabitə naziri Şlomo Karhi, İlon Mask ilə Starlink peyk rabitəsinin Qəzza zolağında yalnız İsrail Rabitə Nazirliyinin icazəsi ilə işlənəcəyinə dair razılaşma əldə edildiyini açıqlayıb.
“Elon Musk, rəhbərlik etdiyim nazirliklə əsaslı anlaşma əldə etməyiniz münasibətilə sizi təbrik edirəm. Bu mühüm razılaşmanın nəticəsi olaraq Starlink peyk rabitəsi yalnız Qəzza zolağı da daxil olmaqla İsrail Rabitə Nazirliyinin icazəsi ilə İsraildə həyata keçirilə bilər” Karhi X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb. (Tass)