İyun 11, 2026-23:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

2026:06:11 - 11:38
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda innovativ tədqiqatların sənayedə tətbiqində beynəlxalq təcrübəyə həsr olunan maarifləndirmə seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə çıxış edən Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev bildirib ki, dünyanın aparıcı elmi mərkəzlərində çalışan tanınmış əcnəbi və yerli alimlərin müasir kimyanın aktual məsələlərinə, prioritet təşkil edən mövzularına həsr etdikləri bir-birindən maraqlı təqdimatlar gənc alim və mütəxəssislərimizin bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.

O qeyd edib ki, Kimya İnstitutunda emprik və təcrübi müşahidələrə əsaslanan fundamental elmi araşdırmalarla yanaşı, tətbiqyönlü innovativ tədqiqatlar da aparılsa da, onların laboratoriyadan sənayeyə çıxarılmasında ciddi problemlər var: “Bu baxımdan dünyada innovativ tədqiqatların nəticələrinin sənayedə tətbiqi mexanizminin beynəlxalq təcrübədə necə işlədiyini öyrənmək üçün dünyanın aparıcı elmi mərkəzlərində sənaye ilə əlaqəli çalışan nüfuzlu alimlərin bu seminarlara cəlb olunmasını məqsədəuyğun hesab edirik”.

Ə.Sucayev dünyanın bir çox aparıcı elmi mərkəzlərində çalışan, kimyanın multidissiplinar problemlərində nəzəri və tətbiqyönlü tədqiqatlar aparan azərbaycanlı alimlərlə artıq əlaqələr qurulduğunu, onların yenidən strukturlaşma və optimallaşma mərhələsində olan Kimya İnstitutuna geniş dəstək verdiklərini xüsusi vurğulayıb və hər birinə minnətdarlığını ifadə edib.

Sonra ABŞ-nın nüfuzlu elm və ali təhsil mərkəzlərindən biri olan Cənubi Karolinanın Berkli Universitetində çalışan gənc alim Kənan Şıxəliyev “Katalitik krekinq reaksiyası üçün seolitlərin istehsalı və sənayedə tətbiqi” mövzusunda çıxış edib. O, konkret nümunələr üzərində innovativ tədqiqatların laboratoriyadan sənayeyə qədər keçdiyi mərhələləri izah edib.

K.Şıxəliyev Kimya İnstitutu ilə əməkdaşlıq çərçivəsində bu istiqamətdə qazanmış olduğu təcrübənin həmkarları ilə bölüşəcəyini, Berkli Universitetində innovativ tədqiqatlar, texnoloji işləmələrin yaradılması və sənayeyə çıxarılması sahəsində formalaşmış ənənənin Kimya İnstitutunda tətbiqi istiqamətində dəstək verəcəyini bildirib.

Daha sonra qonaq Kimya İnstitutunda bəzi innovativ laboratoriyalarda istifadə olunan texnoloji proseslərlə yaxından tanış olub və kimyəvi reaktorların iş prinsiplərinin müasirləşdirilməsi istiqamətində tövsiyələrini verib.

Əvvəlki Yazı

Azərbaycan–Türkiyə münasibətləri Türk dünyasında əməkdaşlığın əsas dayaqlarından biridir 

Növbəti Yazı

Fərid Şəfiyev: Azərbaycanın sülh gündəliyi və milli maraqları dəyişməyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.