16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Fərid Şəfiyev: Azərbaycanın sülh gündəliyi və milli maraqları dəyişməyib

Azərbaycanın sülh gündəliyi və milli maraqları dəyişməyib.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, son illərdə yeni geosiyasi reallıq formalaşıb və Azərbaycan bu prosesdə mühüm rol oynayıb:

“Ermənistanda keçirilən son seçkilərin nəticələri bu ölkənin sülh və normallaşma prosesini davam etdirmək niyyətində olduğunu göstərir. Lakin Azərbaycanın irəli sürdüyü tələblər və gözləntilər dəyişməyib”.

BMTM rəhbəri qeyd edib ki, bəzi beynəlxalq mediada Azərbaycanın konstitusiya və referendum məsələləri ilə bağlı mövqeyini dəyişməli olduğu barədə fikirlər səsləndirilir:

“Bu yanaşmalar əvvəlki illərdə verilən bir sıra proqnozlar kimi reallığı əks etdirməyib. Azərbaycan öz milli maraqlarına uyğun siyasət yürüdür və bu yanaşma eyni zamanda regionda sabitliyə töhfə verir”.

F.Şəfiyev əlavə edib ki, Ermənistanın gələcəkdə siyasi rəhbərliyinin dəyişə biləcəyini nəzərə alaraq, sülh prosesinə münasibət yalnız ayrı-ayrı şəxslərin mövqeyi ilə deyil, cəmiyyət səviyyəsində müəyyən edilməlidir.