Teleqraf xəbər verir ki, bunu Milli Məfclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir: “Bu bizim gündəlik həyat tərzimizin bir parçasıdır. Biz bundna imtina edə bilmərik. Bizim ərazilərimizin ciddi bir hissəsi taxıl və yem bitkilərinin istehsalına ayrılır”.
