ABŞ və İran müharibəyə son qoymaq üçün razılığa gəliblər, lakin tərəflər hələ də sənədləri imzalamalıdırlar. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Biz İranla müharibəni bitirmək üçün əla bir razılığa gəldik. Sənədləşmə işlərini yekunlaşdıracağıq. Bu, bir neçə gün ərzində edilməlidir.”
Amerika lideri bildirib ki, müqavilələrin imzalanması bu həftəsonu baş tuta bilər.
“Hörmüz boğazı [müqavilələri] imzalayan kimi rəsmi olaraq açılacaq. Bu, tezliklə, çox tezliklə baş verə bilər. Bəlkə də bu həftəsonu Avropada. Mən orada olmayacağam, amma [ABŞ vitse-prezidenti] J.D. [Vance] orada olacaq”, – Tramp bildirib.
