Sentyabr 2, 2025-17:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan alimi Barselonada sosial dayanıqlılıq və keyfiyyət modellərindən danışıb

2023:11:27 - 14:41
in SOSİAL
A A

Barselona şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının “Planetdəki həyatın məhdudiyyətləri qarşısında iqtisad elminin səsi” mövzusunda beynəlxalq seminarı keçirilib. Seminarda Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov “Ölkələrin iqtisadi inkişafının sosial nəticələrinin qiymətləndirilməsi səviyyəsi” mövzusunda məruzə ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məruzəçi Azərbaycanın timsalında ölkələrin sosial inkişafının qiymətləndirilməsi üçün intuitiv qeyri-səlis sosial dayanıqlılıq və sosial keyfiyyət modellərini təqdim edib. O qeyd edib ki, təqdim olunan modellər ilk dəfə sosial inkişafın qiymətləndirilməsində həyata keçirilib. Bu yanaşma ölkələrin iqtisadi inkişafının sosial nəticələrinin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir. Sosial dayanıqlılıq və sosial keyfiyyət indeksləri sosial-iqtisadi sistemin fəaliyyətinin daha geniş təhlilini mümkün edir. Sosial sistemin göstəricilərinin qeyri-müəyyənliyini nəzərə alaraq intuitiv qeyri-səlis məntiq nəzəriyyəsi alətlərinin tətbiqi ilə ölkədə sosial tərəqqinin səviyyəsini şərh edən daha obyektiv nəticələr əldə edilib.

Konfransda İspaniya, İtaliya, Moldova, Əlcəzair, Lüksemburq, Serbiya, Yunanıstan, Meksika və digər ölkələrin alimləri ilə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.

8

Əvvəlki Yazı

Mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib

Növbəti Yazı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.