Sentyabr 2, 2025-13:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı fərdi sərgisi açılacaq

2023:11:27 - 16:07
in MƏDƏNİYYƏT
A A

Noyabrın 30-da YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı fərdi sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi, rəssamın son illər ərazində yaratdığı rəngkarlıq tablolarını və bu günə qədər nümayiş olunmayan qrafika əsərlərini bir araya gətirir.

1960-70-ci illərin ümumittifaq sərgilərində fərqli dəst-xəti ilə özünə diqqət çəkən gənc Fərhad Xəlilovun əsl “sənət məktəbi” o dövrün Moskva şəhərinin qeyri-rəsmi bədii həyatı olmuşdur. İlya Kabakov, Oleq Tselkov, Yuri Kuper, Yevgeni Çubarov və digər nonkonformist rəssamların mühitində yetişib, püxtələşən Xəlilov yüksək bədii dəyərlər aləminə bələd olmaqla yanaşı, milli ənənələrə bağlı bir rəssam kimi formalaşır. Moskva Ali Bədii-Sənaye Məktəbində (Stroqanov) təhsilini bitirdikdən sonra Azərbaycana dönən rəssamın əsas həmfikirləri Cavad Mircavadov, Əşrəf Murad və Sənan Qurbanov olublar.

“Yerlə göy arasında” sərgisi rəssamın uzunillik yaradıcılığına fokuslandığı və poetik mövzulardan ilhamlandıran əsərlərini nümayiş edir. Ətrafı hiss elədiyi kimi kətana ötürən Xəlilov, əsərlərində təbiətin müxtəlif hallarını əks etdirir. Məhz bu halların açıqlanması sərginin özəyini təşkil edir. “Yerlə göy arasında” metaforik başlıq altında birləşən ekspozisiya rəssamın səcdə etdiyi, əsas ilham mənbəyi olan ünsürlərə sitayişidir. Fəaliyyətinin müxtəlif etaplarında fərqli vizual həllərə yer verən rəssamın yaradıcılıq tendensiyası fiqurativlikdən mücərrədə və minimalistik mücərrədə qədər aparan fəlsəfi diskursdur. Ustad koloristin ümumiləşdirilmiş abstraksiyalarında rəng və məkanın təfsiri nəql edilmir. Rəssam üçün vacib olan motiv deyil, hal, durum və təəssüratdır.

Əvvəlki Yazı

Yasamalda ictimai iaşə obyektində yanğın baş verib

Növbəti Yazı

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir – YENİLƏNİB-2

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.