İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında radikal HƏMAS hərəkatının silahlı batalyonlarının iki komandirini öldürdüyünü açıqladı.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü açıqlamada bildirib ki, “Şimali Qəzza Zolağında təşkil edilən hücumda İsrail Müdafiə Qüvvələri Həmasın Nuseyrat batalyonunun bir bölmə komandirini öldürüb. Şimali Qəzza Zolağında təşkil edilən hücumda isə İsrail Müdafiə Qüvvələri Həmasın Cəbəliya batalyonunun bir bölmə komandirini öldürüb”.
Departament qeyd edib ki, “zərbələrdən əvvəl mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər görülüb”. (Tass)
