Teleqraf xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Azərbaycan Halal Biznes Forumunun (AZHAB Forum) xüsusi sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan regional, eləcə də beynəlxalq bazarları birləşdirən körpü rolunu oynayır.
“Sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması və innovasiyaların təşviqinə yönəlmiş islahatlar halal yönümlü bizneslərin və investisiyaların inkişafı üçün əlverişli şərait yaradır. Halal iqtisadiyyatın gələcəyi yalnız bazarların böyüməsi ilə deyil, həm də tərəfdaşlıqların möhkəmliyi ilə müəyyən olunacaq”,- deyə o qeyd edib.
KOBİA sədri bildirib ki, birgə səylər nəticəsində halal dəyər zəncirlərini gücləndirmək, investisiyaları artırmaq, ticarəti genişləndirmək mümkündür.
