İyun 17, 2026-3:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda süd istehsalının artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçiriləcək

2026:06:16 - 12:08
in İQTİSADİYYAT
A A
Azərbaycanda süd istehsalının artırılması, heyvandarlığın məhsuldarlığının yüksəldilməsi və süd məhsulları üzrə özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçiriləcək.

“Report”un Qubaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Dövlət Proqramına əsasən, 2030-cu ilə qədər ölkədə süd istehsalının 10 % artırılması nəzərdə tutulur: “Bu məqsədlə südlük və ətlik klasterlərin yaradılması, klasterlər daxilində müxtəlif tutuma malik 1000-ə yaxın yeni heyvandarlıq təsərrüfatının formalaşdırılması və onların cins damazlıq heyvanlarla təmin edilməsinə dəstək veriləcək. Cins heyvanların sürüdəki payının azı 4 dəfə artırılması planlaşdırılır. Eyni zamanda heyvanların identifikasiyası sisteminin genişləndirilməsi, damazlıq işinin təkmilləşdirilməsi və məhsuldarlığa nəzarətin gücləndirilməsi nəzərdə tutulur”.

Nazir müavini qeyd edib ki, süd istehsalının artırılması üçün subsidiyaların təkmilləşdirilməsi də planlaşdırılır: “Bu çərçivədə süd istehsalçılarına göstərilən dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Bundan əlavə, ölkə üzrə 90 süd toplama məntəqəsinin yaradılmasına dəstək veriləcək. Bu addım süd istehsalçılarının məhsullarını daha rahat təhvil verməsinə, emal müəssisələrinin xammal təminatının yaxşılaşmasına və istehsal zəncirinin güclənməsinə imkan yaradacaq”.

S. Səfərlinin sözlərinə görə, heyvandarlıqda məhsuldarlığın artırılması üçün yem bazasının möhkəmləndirilməsi də əsas prioritetlərdən biridir: “Qarğıdalı, yonca, arpa və digər yem bitkilərinin istehsalının genişləndirilməsi, silos və senaj hazırlanmasının yaxşılaşdırılması nəzərdə tutulur. Həyata keçiriləcək tədbirlər nəticəsində süd məhsulları üzrə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, fermerlərin gəlirlərinin artırılması və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi hədəflənir”.

Əvvəlki Yazı

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Növbəti Yazı

Məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.