İyun 16, 2026-23:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər

2026:06:16 - 14:25
in SOSİAL
A A

Milli Məclisdə ictimai dinləmədə müzakirə olunan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna təklif edilən dəyişikliklər müasir rəqəmsal dövrdə uşaqların təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə internet və sosial şəbəkələr uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib, onların məlumat əldə etmələri, ünsiyyət qurmaları və asudə vaxtlarını səmərəli keçirmələri üçün əsas vasitələrdən biri olub.

Bununla yanaşı, rəqəmsal mühitdə uşaqların yaş və psixoloji inkişaf səviyyələrinə uyğun olmayan məzmunlarla qarşılaşma ehtimalı da əhəmiyyətli dərəcədə artıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədr müavini Aytac Zülfüqarlı söyləyib.

O, sosial şəbəkələrdə və müxtəlif internet platformalarında zorakılığı, aqressiyanı, təhlükəli davranışları, qeyri-sağlam həyat tərzini və digər mənfi halları təbliğ edən məlumatların yayılmasının uşaqların psixoloji vəziyyətinə və davranışlarına təsir göstərə biləcəyini qeyd edib. Eyni zamanda, vurğulayıb ki, kibertəzyiq, onlayn fırıldaqçılıq, şəxsi məlumatların qanunsuz əldə edilməsi və rəqəmsal asılılıq kimi risklər də azyaşlı istifadəçilər üçün ciddi təhlükələr yaradır: “Bu baxımdan qanunvericiliyin müasir çağırışlara uyğunlaşdırılması və uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunması olduqca vacibdir. Təklif edilən dəyişikliklərdən biri sosial şəbəkələrdə hesabın yaradılması üçün yaş məhdudiyyətlərinin müəyyənləşdirilməsi və valideyn nəzarətinin gücləndirilməsidir. Bu yanaşma uşaqların yaşlarına uyğun olmayan məlumatlara çıxışının məhdudlaşdırılmasına, onların internetdən daha təhlükəsiz istifadə etmələrinə və valideynlərin övladlarının rəqəmsal fəaliyyətlərini yaxından izləyə bilmələrinə imkan yarada bilər. Eyni zamanda, rəqəmsal platformalarla bağlı məsuliyyətin artırılması zərərli məzmunun qarşısının alınmasına və uşaqların hüquqlarının daha səmərəli qorunmasına xidmət edəcək”.

İctimai Birliyin sədr müavini qanun layihəsinin əhəmiyyətli tərəflərindən birinin də məsələnin yalnız qadağalar və məhdudiyyətlərlə kifayətlənməmək olduğunu vurğulayıb. O bildirib ki, layihənin əsas məqsədi uşaqlar üçün daha təhlükəsiz informasiya mühitinin formalaşdırılması, onların sağlam, mənəvi və psixoloji inkişafının dəstəklənməsi, həmçinin rəqəmsal savadlılığın artırılmasıdır. “Bu istiqamətdə valideynlərin, təhsil müəssisələrinin, dövlət qurumlarının və rəqəmsal platformaların birgə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, qanuna təklif olunan dəyişikliklər uşaqların informasiya təhlükəsizliyinin gücləndirilməsi, onların zərərli təsirlərdən qorunması və sağlam gələcəyinin təmin olunması baxımından vacib addımdır. Müasir texnologiyaların yaratdığı imkanlardan faydalanmaqla yanaşı, onların doğurduğu risklərin idarəolunması da cəmiyyətin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu baxımdan qanunvericiliyin təkmilləşdirilməsi gələcək nəsil üçün daha təhlükəsiz, sağlam və məsuliyyətli rəqəmsal mühitin formalaşmasına mühüm töhfə verə bilər”,- deyə A.Zülfüqarlı diqqətə çatdırıb.

Əvvəlki Yazı

Tramp Suriyanın Hizbullah məsələsini öz üzərinə götürə biləcəyini söylədi

Növbəti Yazı

Tramp: Netanyahu Livana qarşı daha məsuliyyətli olmalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.