ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın nüvə silahına sahib olması müqavilə çərçivəsində qadağan olunacaq, əks halda Tehran “inanılmaz nəticələrlə üzləşəcək”.
“İran heç vaxt nüvə silahına sahib olmayacaq. Onlar nüvə silahlarını inkişaf etdirməyəcək, almayacaq, onlarla heç nə etməyəcəklər. Əgər onlarla nəsə etmək qərarına gəlsələr, inanılmaz nəticələrlə üzləşəcəklər. Məhz buna görə də mən [müqaviləni] imzalamağa razı oldum”, – deyə Amerika lideri Fransada keçirilən G7 sammitinin kənarında jurnalistlərə bildirib. Lakin o, konkret hansı nəticələrdən danışdığını dəqiqləşdirməyib. (Tass)
