Türkiyə Müdafiə Nazirliyi Konya aviabazasına İtaliyaya məxsus bir SAMP-T hava hücumundan müdafiə sistemi yerləşdirmək qərarını açıqladı.
“NATO-nun daimi müdafiə planının həyata keçirilməsi çərçivəsində, alyansın hava müdafiəsini gücləndirmək üçün İtaliyaya məxsus bir SAMP-T zenit-raket sistemi Konyadakı 3-cü Əsas Hava Bazasına yerləşdiriləcək”, – deyə A Haber televiziya kanalı Müdafiə Nazirliyindən sitat gətirib.
Konya Hərbi Hava Qüvvələri Bazası ölkənin ən böyük və ən vacib bazalarından biridir. Həmçinin NATO fəaliyyətləri və təlimləri üçün də istifadə olunur. (Tass)
