Almaniya kansleri Fridrix Merts Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün “ilk real şans”ın yarandığını elan etdi.
O qeyd edib ki, Yeddilik Qrupunun (G7) sammitindəki məsləhətləşmələr zamanı iştirakçılar Ukraynadakı münaqişəni müzakirə ediblər. “Yenilik odur ki, bütün G7 tərəfdaşları vəziyyətin qiymətləndirilməsində birləşiblər. Hesab edirəm ki, bu, çox yaxşı xəbərdir, çünki son günlərdə və həftələrdə müharibə yeni dinamika qazanıb”, – deyə Almaniya kansleri Fransanın Evian-le-Ben şəhərində keçirilən sammitin kənarında jurnalistlərə bildirib. O, “ilk dəfə olaraq sülh şansı açıldığını” iddia edib. “Hər halda, biz, G7 tərəfdaşları olaraq, bu fürsətdən birgə istifadə etmək istəyirik”, – deyə Almaniya hökumətinin rəhbəri bildirib.
“Mən həmçinin aşağıdakıları vurğulamaq istərdim: həm rəsmi görüşlər, həm də kənar görüşlər zamanı öz aramızda və Amerika Prezidenti ilə apardığımız müzakirələr məndə müəyyən dərəcədə nikbinlik yaradır”, – deyə o, sözünə davam etdi. Eyni zamanda, Merz Kiyevi dəstəkləməyə davam etmək və Rusiyaya təzyiqi artırmaq niyyətində olduğunu açıqladı. “Bu məsələdə də tam razılıq əldə edildi”, – deyə Almaniya kansleri bildirib. (Tass)
