Amerika kəşfiyyat orqanları hesab edir ki, İran Hörmüz boğazını istədiyi vaxt bağlamaq imkanı əldə edib və bu da Tehrana qlobal iqtisadiyyata təzyiq göstərmək üçün güclü bir vasitə verib. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Kanalın mənbələrinə görə, 19 iyunda imzalanması planlaşdırılan boğazın açılması ilə bağlı razılaşmanın hazırlanmasına baxmayaraq, İran son münaqişə zamanı əsas dəniz arteriyasına girişi bağlamaq qabiliyyətini nümayiş etdirib. Amerika kəşfiyyatı hesab edir ki, Tehran gələcəkdə bu mexanizmdən yenidən istifadə edə bilər.
ABŞ kəşfiyyat icmasının tapıntıları ilə tanış olan bir mənbə CNN-ə bildirib ki, “Biz boğazın nəzarətini faktiki olaraq İrana təhvil verdik – bu, istənilən nüvə silahından daha güclü bir silahdır. Müharibə Tehranın bu cür təsir vasitələrindən istifadə etmək yanaşmasını kökündən dəyişdirdi”. (Tass)
