İran silahlı qüvvələri İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavab verəcəyi ilə hədələyib.
İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının bəyanatında deyilir: “Sizi xəbərdar edirik: əgər sionist rejimin ordusu (yəni İsrail ordusu ) Livanın cənubundakı təcavüzkar hərəkətlərini dayandırmasa, İran İslam Respublikasının güclü Silahlı Qüvvələrindən sərt cavab gözləməlidir”.
Onların məlumatına görə, son iki gündə İsrail ordusu Livanda atəşkəsi artıq 84 dəfə pozub.
