Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen 2029-cu ildə üçüncü müddətə yenidən seçilmək niyyətində deyil. Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, bu barədə AŞ Prezidentinin aparatının rəhbəri Byorn Seybert yüksək vəzifəli məmurlar üçün təşkil olunmuş xüsusi şam yeməyində açıqlama verib. Nəşrin mənbələrinə görə, bu açıqlama, AŞ departamentlərinin planlaşdırılan yenidən qurulmasının Avropa Komissiyasının hazırkı rəhbərinin əlində hakimiyyətin genişmiqyaslı mərkəzləşdirilməsi cəhdi olduğuna dair qorxuları aradan qaldırmaq üçün verilib.
“Politico”nun qeyd etdiyi kimi, Aİ-nin təsis müqavilələri Avropa Komissiyası prezidentinin xidmət edə biləcəyi müddətlərin sayını məhdudlaşdırmır, lakin fon der Leyenin növbəti seçkilərə qədər 70 yaşı olacaq. (Tass)
