Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda ilə görüşüb.
Görüşdə ticarət və investisiya sahəsində birgə fəaliyyətin təşviqi, sənaye, enerji, nəqliyyat-logistika və digər sahələrdə işbirliyi, o cümlədən biznes əlaqələrinin dərinləşməsi vurğulanıb.
