İyun 25, 2026-21:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan yeni regional nizamın formalaşdırılmasında aparıcı siyasi aktor kimi çıxış edir

2026:06:17 - 11:06
in SİYASƏT
A A

Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı müraciət özündə təkcə Azərbaycanın xarici siyasət prioritetlərini deyil, həm də Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən fundamental geosiyasi yanaşmanı əks etdirir.

Müraciətdə səsləndirilən fikirlər regionun postmünaqişə dövründə formalaşan yeni siyasi arxitekturanı, iqtisadi inteqrasiya imkanlarını və təhlükəsizlik modelini aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin müraciətində xüsusi yer tutan məqamlardan biri regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın nümayiş etdirdiyi siyasi iradədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

O bildirib ki, Azərbaycan son illərdə hərbi qarşıdurma mərhələsindən siyasi dialoq və əməkdaşlıq mərhələsinə keçidi təşviq edən əsas aktora çevrilib. ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda əldə olunmuş Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişdirən hadisə kimi diqqət çəkir.

Bu prosesin ən mühüm siyasi nəticəsi ondan ibarətdir ki, Cənubi Qafqaz ilk dəfə olaraq xarici güclərin rəqabət meydanından regional əməkdaşlıq məkanına çevrilmək perspektivi qazanır.

Uzun illər davam edən münaqişələr region dövlətlərinin iqtisadi potensialını məhdudlaşdırmış, nəqliyyat-kommunikasiya layihələrinin inkişafını ləngitmiş və xarici investisiyaların cəlb olunmasına mənfi təsir göstərmişdi.

Sülh gündəliyinin irəli aparılması isə yeni siyasi münasibətlər sisteminin formalaşmasına şərait yaradır.

Azərbaycanın bu məsələdə mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmaqla yanaşı, regionun gələcəyini qarşılıqlı asılılıq və iqtisadi əməkdaşlıq üzərində qurmağa hesablanıb.

Bu yanaşma klassik güc siyasətindən fərqli olaraq sabitliyi qarşılıqlı iqtisadi maraqlar vasitəsilə möhkəmləndirməyi hədəfləyir.

“Prezidentin müraciətində vurğulanan digər mühüm istiqamətlərdən biri isə Zəngəzur dəhlizinin və bütövlükdə Orta Dəhlizin geoiqtisadi əhəmiyyəti ilə bağlıdır.

Bu layihələr yalnız nəqliyyat infrastrukturu deyil, həm də Avrasiya məkanında yeni iqtisadi xəritənin formalaşmasının əsas elementlərindən biridir.

Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Şərqlə Qərbi əlaqələndirən beynəlxalq nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilir. Dəhlizin reallaşması nəticəsində yükdaşımaların müddətinin azalması, logistika xərclərinin optimallaşdırılması və ticarət dövriyyəsinin artması gözlənilir.

Qlobal miqyasda təchizat zəncirlərinin şaxələndirilməsi tendensiyası fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır.

Xüsusilə Avropa ilə Asiya arasında alternativ və təhlükəsiz marşrutlara tələbatın yüksəlməsi Azərbaycanı regional tranzit mərkəzi statusuna çevirir. Bu isə ölkəmizin tranzit gəlirlərinin artmasına, qeyri-neft sektorunun inkişafına və iqtisadi dayanıqlığın güclənməsinə xidmət edəcək.

Bundan əlavə, Orta Dəhliz yalnız iqtisadi layihə deyil, eyni zamanda, geosiyasi təsir alətidir.

Nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi region ölkələri arasında qarşılıqlı asılılığı artıraraq gələcək münaqişə risklərini azaldır.

Tarix göstərir ki, iqtisadi baxımdan bir-birinə inteqrasiya olunmuş məkanlarda sabitlik və təhlükəsizlik daha davamlı xarakter daşıyır”, – deyə Y.Hacıyeva vurğulayıb.

İdarə Heyətinin üzvü qeyd edib ki, Prezident İlham Əliyevin müraciətində əks olunan əsas yanaşmalardan biri təhlükəsizlik anlayışının yalnız hərbi komponentlə məhdudlaşmaması ilə bağlıdır.

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik enerji marşrutlarının etibarlılığı, nəqliyyat-kommunikasiya əlaqələrinin davamlılığı, iqtisadi inteqrasiya və siyasi dialoq kimi amillərlə birbaşa bağlıdır.

Azərbaycanın təşviq etdiyi regional model məhz bu yanaşmaya əsaslanır.

Enerji layihələri, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq platformaları təhlükəsizlik mexanizmlərinin ayrılmaz hissəsi kimi təqdim olunur.

Bu baxımdan, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıq hərbi qarşıdurmanın deyil, iqtisadi əməkdaşlığın təhlükəsizlik təminatına çevrilməsi ideyasını ön plana çıxarıb.

Xüsusilə Orta Dəhlizin inkişafı regionun qlobal iqtisadi sistemə inteqrasiyasını gücləndirməklə yanaşı, beynəlxalq aktorların da sabitlikdə maraqlı olmasını təmin edəcək.

Beləliklə, təhlükəsizlik yalnız milli resurslarla deyil, həm də beynəlxalq iqtisadi maraqların yaratdığı əlavə təminatlarla möhkəmlənəcək.

“Prezident İlham Əliyevin müraciətində Türk dünyasının beynəlxalq münasibətlər sistemində artan çəkisinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Son illərdə türk dövlətləri arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və nəqliyyat-kommunikasiya layihələrinin əlaqələndirilməsi yeni geosiyasi platformanın formalaşdığını göstərir. Türk dövlətlərinin coğrafiyası Avropadan Mərkəzi Asiyaya qədər uzanan geniş bir məkanı əhatə edir. Bu məkan enerji ehtiyatları, nəqliyyat marşrutları, insan kapitalı və bazar potensialı baxımından qlobal resurs əhəmiyyəti daşıyır.

Məhz bu səbəbdən Türk dünyası artıq yalnız mədəni və tarixi birlik anlayışı ilə deyil, həm də strateji geosiyasi faktor kimi qiymətləndirilir.

Azərbaycan bu prosesdə mühüm əlaqələndirici rol oynayır. Ölkənin həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində yerləşməsi onu türk dövlətləri arasında əməkdaşlığın əsas qovşaqlarından birinə çevirir. Bu amil Azərbaycanın regional liderlik mövqeyini daha da gücləndirir və beynəlxalq siyasətdə manevr imkanlarını genişləndirir.

Prezident İlham Əliyevin Şuşa konfransına müraciəti Azərbaycanın region üçün təklif etdiyi strateji inkişaf modelinin konseptual çərçivəsini ortaya qoyur. Bu model üç əsas sütun üzərində qurulub: davamlı sülh, iqtisadi inteqrasiya və kollektiv təhlükəsizlik.

Müraciətdə ifadə olunan yanaşmalar göstərir ki, Azərbaycan artıq postmünaqişə dövrünün passiv iştirakçısı deyil, yeni regional nizamın formalaşdırılmasında aparıcı siyasi aktor kimi çıxış edir. Sülh müqaviləsinin irəliləməsi, Zəngəzur dəhlizi və Orta Dəhlizin inkişafı, eləcə də Türk dünyasının geosiyasi konsolidasiyası Cənubi Qafqazı uzunmüddətli perspektivdə sabitlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq məkanına çevirmək potensialına malikdir.

Bu baxımdan, Şuşadan verilən mesaj təkcə Azərbaycanın milli maraqlarını deyil, bütövlükdə Avrasiya məkanında formalaşan yeni təhlükəsizlik və əməkdaşlıq fəlsəfəsini əks etdirən strateji baxış kimi qiymətləndirilməlidir”,- deyə Y.Hacıyeva əlavə edib.

Əvvəlki Yazı

Azərbaycan və Tacikistan iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Növbəti Yazı

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq siyasəti müzakirə olundu

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.