İyun 18, 2026-6:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan regionda yeni geosiyasi reallıqların müəllifidir

2026:06:17 - 13:38
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” beynəlxalq konfransının iştirakçılarına müraciəti Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqları, regionun təhlükəsizlik arxitekturasında artan rolunu və Türk dünyasının qlobal güc mərkəzi kimi mövqeyinin daha da möhkəmləndiyini bir daha nümayiş etdirir. Bu gün Azərbaycan artıq yalnız regionun deyil, bütövlükdə Böyük Qafqaz və Xəzər hövzəsinin siyasi, iqtisadi, nəqliyyat və kommunikasiya proseslərinə təsir göstərən, strateji təşəbbüslər irəli sürən və güc proyeksiyası həyata keçirən aparıcı dövlətlərindən birinə çevrilib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev söyləyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı müraciətində Cənubi Qafqaz regionu ilə bağlı mühüm geosiyasi məqamlara toxunaraq Azərbaycan-Ermənistan sülh prosesi, nəqliyyat və kommunikasiya xətlərinin perspektivləri, eləcə də hazırkı mərhələdə beynəlxalq təşkilatların və beynəlxalq strukturların disfunksional fəaliyyət göstərdiyi bir dövrdə Türk dünyasının və Türk Dövlətləri Təşkilatının artan rolunu xüsusi vurğulayıb.

“Son dövrlərdə yeni dünya düzəni haqqında geniş müzakirələr aparılır və bu prosesdə Azərbaycanın xüsusi rolu getdikcə daha aydın şəkildə üzə çıxır. Bu reallıqlar Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Azərbaycan artıq regionun, ümumilikdə isə Böyük Qafqaz və Xəzər dənizi hövzəsinin ən mühüm güc mərkəzlərindən birinə çevrilib. Azərbaycanın bu gücü yalnız hərbi və siyasi amillərlə məhdudlaşmır. Ölkənin həyata keçirdiyi qlobal layihələr, iqtisadi potensialı, nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı bu mövqeni daha da möhkəmləndirir. Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqlar, eyni zamanda, Türk dünyasının yeni inkişaf mərhələsinin və yüksəliş xəttinin başlanğıcıdır. Bu yüksəlişin əsasını isə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər qoydu”, – deyə deputat bildirib.

O qeyd edib ki, 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətlərini daha yüksək mərhələyə yüksəltdi. Həmin sənəddən sonra Türk dünyasında yeni canlanma, inteqrasiya və həmrəylik prosesi başladı. Nəticədə Böyük Avrasiya məkanında nəqliyyat və kommunikasiya xətlərinin əsas istiqamətlərindən biri Türk dünyasının coğrafiyasından, xüsusilə də Azərbaycanın üzərindən keçməyə başladı.

Azərbaycan artıq böyük təşəbbüslərin və qlobal layihələrin müəllifi kimi çıxış edir

“Vaxtilə geosiyasi nəzəriyyələrdə Xəzər dənizi okeana çıxışı olmayan qapalı su hövzəsi kimi qiymətləndirilirdi. Bu gün isə Azərbaycan həmin coğrafi dezavantajı strateji üstünlüyə çevirib. Beynəlxalq nəqliyyat-kommunikasiya layihələri, Orta Dəhliz, Trans-Xəzər marşrutları, enerji daşıyıcılarını nəql edən qaz və neft kəmərləri, gələcəkdə Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan kommunikasiya xətləri, yaşıl enerji və elektrik enerjisinin kabel vasitəsilə ötürülməsi layihələri Xəzər dənizinin dünya geosiyasətində rolunu əhəmiyyətli dərəcədə artırıb. Xəzər artıq Qara dəniz və Aralıq dənizi kimi beynəlxalq geosiyasi proseslərin mühüm elementlərindən birinə çevrilir.

Azərbaycanın Qarabağı işğaldan azad etməsindən əvvəl, eləcə də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışınadək Xəzər dənizi geosiyasi baxımdan digər böyük dənizlərin kölgəsində qalırdı.

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra vəziyyət köklü şəkildə dəyişdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizini beynəlxalq geosiyasi məkanın mühüm hissəsinə çevirdi, Azərbaycan isə qlobal enerji layihələrinin müəllifinə çevrilməyə başladı”, – deyə T.Gəncəliyev vurğulayıb.

O deyib ki, bu inkişaf 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvəyə yüksəldi. Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi strateji layihələr həyata keçirildi, Cənub Qaz Dəhlizi formalaşdırıldı, TANAP və TAP layihələri vasitəsilə Azərbaycanın enerji resursları Avropa bazarlarına çatdırılmağa başladı və qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verildi.

“Bu gün artıq Mərkəzi Asiya ölkələri – Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla Azərbaycan üzərindən keçən yeni beynəlxalq layihələr həyata keçirilir. Bu baxımdan Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətdə səsləndirdiyi fikirlər Cənubi Qafqazın gələcək inkişaf trayektoriyası və regional təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Geosiyasi terminologiya ilə ifadə etsək, Azərbaycan artıq orta güc dövləti olmaqla yanaşı, məhz orta güc dövlətlərinin həyata keçirdiyi böyük təşəbbüslərin və qlobal layihələrin müəllifi kimi çıxış edir. Bu siyasət nəticəsində ölkəmiz regionu dünya geosiyasətinin əsas mərkəzlərindən birinə çevirməyə nail olub”, – deyə Milli Məclisin deputatı bildirib.

Əvvəlki Yazı

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası olub

Növbəti Yazı

AZPROMO: İnvestorlar etimad, proqnozlaşdırılabilən və risklərə qarşı effektiv müdafiə mexanizmləri tələb edirlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.