ABŞ prezidenti Donald Tramp ABŞ-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağıranları axmaq hesab edir. O, bunu Evian-le-Ben şəhərində keçirilən Yeddilik Qrupunun (G7) sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, sammitdə İranla bağlı razılaşmanı digər iştirakçılarla müzakirə edib. “Onlar bizim razılaşma əldə etməyimizə görə ruhlanırlar, hamısı. Heç bir ölkə bizə “Xahiş edirəm, cənab, onlara bomba atmağa davam edin. Xahiş edirəm bomba atmağa davam edin” deməyib. Bunu yalnız axmaqlar deyir”, – deyə Tramp vurğulayıb.
