İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılması barədə razılığa gəlib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.
Əl-Ənsari X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “Qətər Dövləti davam edən vasitəçilik çərçivəsində Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir. (Tass)