ABŞ neft ixracına qoyulan məhdudiyyətlər istisna olmaqla, İrana qarşı sanksiyaları saxlayacaq. Bu barədə vitse-prezident J.D. Vance Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
“Qeyd etdiyim neft sanksiyaları istisna olmaqla, sanksiyalar qüvvədə qalır. Onlar artıq qüvvədə deyil. Bu sanksiyaların məqsədi İranın bir barel neft üçün aldığı qiyməti aşağı salmaq idi. Bu sanksiyalar artıq qüvvədə deyil”, – deyə Vens bildirib.
Onun sözlərinə görə, Vaşinqton Tehran razılaşma üzrə öhdəliklərini yerinə yetirənə qədər digər məhdudiyyətləri aradan qaldırmaq niyyətində deyil. Vitse-prezident vurğulayıb ki, əgər İran əldə edilən razılaşmalara əməl etməsə, bütün sanksiya güzəştləri ləğv edilə bilər. O bildirib ki, “əgər onlar razılaşmanın öhdəliklərini yerinə yetirməsələr, heç bir sanksiya qaldırılmayacaq və bütün sanksiyalar bərpa olunacaq”. (Tass)
