Vladimir Zelenski Belarusa qarşı daha bir təhdid irəli sürüb və bildirib ki, əgər bir həftə ərzində Ukrayna ilə sərhəd boyunca Belarus ərazisində yerləşdiyini iddia etdiyi avadanlıq çıxarılmasa, ona hücum əmri verməyə hazırdır.
O, orada “qüllələrdəki təkrarlayıcıların” yerləşdiyini iddia etdi. “O [Belarus prezidenti Aleksandr Lukaşenko] bunu çıxara bilərmi? Qoy bu avadanlığı çıxarsın, bu avadanlığı geri çəksin. Düşünürəm ki, bunu etmək üçün ona cəmi bir həftə lazım olacaq. Əgər etməsə, biz edəcəyik”, – deyə o bildirib. UNIAN onun çıxışlarının videoyazısını yayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko dünən Ukrayna ilə sərhəddəki vəziyyətin “əvvəllər heç olmadığı qədər gərginləşdiyini” bildirib və bölgənin müdafiəsinin gücləndirilməsini əmr edib. Üç gün əvvəl Zelenski Ukrayna-Belarus sərhədində yeni PUA bölmələri yerləşdirməklə hədələyib. (Tass)
