Rusiyanın iştirakı ilə G8 formatının saxlanılması Ukrayna böhranının qarşısını ala bilərdi. ABŞ prezidenti Donald Tramp bunu Axios-a verdiyi müsahibədə bildirib.
“G8 qorunub saxlanılmalı idi. Əgər belə olsaydı, Rusiya ilə Ukrayna arasında müharibə olmazdı. Amma [keçmiş ABŞ prezidenti Co Bayden, Rusiya lideri Vladimir Putinin orada olmasını istəmirdi. Düşünürəm ki, bir və ya iki başqa lider də istəmirdi. Onlar Putini kənarlaşdırmaq istəyirdilər. Əvvəllər G8 idi və belə qalsaydı, daha yaxşı olardı”, – Tramp bildirib. (Tass)
