Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 119,8 milyon manat olub.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,8 % çoxdur.
5 ayda ölkədə özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 %-i hüquqi şəxslərin, 50,2 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 % artaraq 554,1 milyon manat olub.
