Ermənistanın Konstitusiya Məhkəməsi 7 iyun parlament seçkilərinin nəticələrini ləğv etmək istəyən yeddi partiya və blokun iddialarını baxılmaq üçün qəbul edib. Bu barədə məhkəmənin Facebook səhifəsində məlumat verilib.
“Konstitusiya Məhkəməsi 21 iyun 2026-cı il tarixində keçirilən iş iclasında Ermənistan Respublikası Mərkəzi Seçki Komissiyasının “7 iyun 2026-cı il tarixində Ermənistan Respublikası Milli Məclisinə keçirilən növbəti seçkilərin nəticələrinin yekunlaşdırılması haqqında” qərarı ilə bağlı “Güclü Ermənistan” blokunun, “Birlik Qanadları” partiyasının, “Demokratiya, Qanun, İntizam” partiyasının, “Çiçəklənən Ermənistan” partiyasının, “Respublika Naminə Demokratiya Müdafiəçiləri Birliyi” partiyasının, “Ermənistan” blokunun və “Yeni Qüvvə” partiyasının müraciətləri əsasında baxılmaq üçün işləri qəbul edib.Bu işlər birləşdirilib və 26 iyun 2026-cı il tarixində saat 11:00-da keçiriləcək eyni məhkəmə iclasında baxılacaq”, – deyə bəyanatda bildirilir. (Tass)
