İyun 23, 2026-5:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Quba və Qusar rayonlarında floristik tədqiqatlar aparılıb

2026:06:22 - 13:51
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Ali bitkilərin sistematikası laboratoriyasının əməkdaşları Quba və Qusar rayonlarında ekspedisiyada olublar.

Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat bildirilib. Tədqiqatın məqsədi Azərbaycan florasının öyrənilməsi, “Azərbaycan florası” çoxcildliyinin yeni nəşri üçün materialların toplanması, Herbari Fondunun zənginləşdirilməsi, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin monitorinqinin aparılması olub. İnstitut əməkdaşlarının tədqiqatları Quba rayonunun yüksək dağlıq ərazilərində, Qrız, Birinci və İkinci Nügədi, Küsnətqazma kəndləri, Qudyalçay hövzəsi, eləcə də Qusar rayonunun Şahdağ ərazisi, Ləzə və Əniq kəndləri istiqamətini əhatə edib. Çöl tədqiqatları zamanı fıstıq-vələs meşələri, dağ-çəmənliklər, qayalıq və subalp ekosistemlərində yayılan çoxsaylı bitki növləri qeydə alınıb, 25 fəsilə və 54 cinsə aid 250 bitki nümunəsi toplanılıb. Toplanmış materialların böyük hissəsinin ilkin təyinatı aparılıb, Lactuca L., Campanula L., Teucrium L., Scrophularia L., Senecio L. və s. cinslərə aid bir çox növlərin anatomik və palinoloji tədqiqi üçün materiallar fiksasiya edilərək instituta gətirilib. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın son nəşrinə daxil edilən bir neçə növə aid monitorinq məlumatları toplanılıb və bu məlumatlar növbəti nəşr üçün nəzərə alınacaq. Eyni zamanda, 10-a yaxın nadir bitki növünün populyasiya vəziyyəti qiymətləndirilib və gələcək monitorinqlər üçün məlumat bazası formalaşdırılıb. Ərazidə bir neçə faydalı bitki növlərinin (Chamaemelum sp., Stachys spectabilis Choisy ex DC.) geniş ehtiyata malik olması aşkar edilib.

Əvvəlki Yazı

Bakı məktəbliləri respublika və beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə ediblər

Növbəti Yazı

Şükürbəyliyə qayıdan daha 20 ailəyə açarlar təqdim edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.