İsrail və Livan arasındakı münaqişənin həlli üçün danışıqlar davam edir. Bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens bildirib.
Vance mətbuat konfransında bildirib ki, “Biz Livanın suverenliyinin qorunması kimi, İsrailin təhlükəsizliyinin də təmin olunmasını istəyirik. Və bu, davam edən dialoqdur. Biz bunu dünən müzakirə etdik və düşünürəm ki, cəmi 24 saat əvvəl olduğumuz yerdən daha irəlidəyik.” O əlavə edib ki, “bu iş hələ bitməyib”. (Tass)
