İyun 23, 2026-0:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan müxtəlif siyasi sistemlərə malik dövlətlər arasında etibarlı körpü rolunu oynayır

2026:06:22 - 15:20
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıların açılış mərasimində çıxışı Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolunun, qazandığı beynəlxalq nüfuzun və qarşıdakı strateji hədəflərinin ümumiləşdirilmiş təqdimatı kimi diqqət çəkib. Dövlətimizin başçısının çıxışında ölkənin siyasi və iqtisadi sabitliyi, beynəlxalq tərəfdaşlıq imkanları, enerji və nəqliyyat sahəsindəki uğurları, Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də gələcək inkişaf prioritetləri xüsusi yer tutub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına ev sahibliyi etməsi ölkəmizə olan beynəlxalq etimadın növbəti təzahürüdür. Bu da təsadüfi deyil. Belə ki, son illər Azərbaycan dünyanın siyasi, iqtisadi və humanitar gündəmində mühüm yer tutan bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.

“Azərbaycan müxtəlif siyasi sistemlərə, fərqli coğrafiyalara və iqtisadi maraqlara malik dövlətlər arasında etibarlı körpü rolunu oynamağı bacarıb. Buna səbəb, Prezident İlham Əliyevin də çıxışında xüsusi vurğuladığı kimi sabitlik amilidir. Dövlətimizin başçısı Azərbaycanın müstəqillik dövrünün böyük hissəsində sabit inkişaf yolu keçdiyini qeyd edərək bildirib ki, siyasi, iqtisadi və sosial sabitlik ölkənin əldə etdiyi bütün uğurların təməlində dayanır. Müstəqilliyin ilk illərində ciddi siyasi və iqtisadi böhranlarla üzləşən Azərbaycan sonradan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində regionun ən sabit ölkələrindən birinə çevrilib. Bu sabitlik isə investorların etimadını artırır, uzunmüddətli iqtisadi proqramların icrasını təmin edir, sosial rifahın yüksəlməsinə şərait yaradır və ölkənin beynəlxalq mövqelərini gücləndirir. Azərbaycanın əldə etdiyi iqtisadi göstəricilər də məhz bu amilin nəticəsidir. Ölkəmiz artıq yalnız enerji istehsalçısı deyil, həm də Avrasiyanın mühüm enerji və logistika mərkəzlərindən biridir. Həmçinin bərpaolunan enerji sahəsində də yeni mərhələyə qədəm qoyulub. Qarşıya qoyulan məqsəd 2032-ci ilədək 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal gücü yaratmaqdır. Bu, həm yaşıl keçid siyasətinə, həm də enerji ixrac potensialının artırılmasına xidmət edir”, – deyə deputat bildirib.

Könül Nurullayeva vurğulayıb ki, qlobal iqtisadi dəyişikliklər və yeni geosiyasi reallıqlar fonunda Azərbaycan çevik və dayanıqlı inkişaf modelini qorumağı qarşısına məqsəd qoyub. Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları da bir daha təsdiqləyib ki, Azərbaycan daha geniş coğrafiyanın iqtisadi əməkdaşlıq və inkişaf gündəliyində mühüm yer tutan, etibarlı və nüfuzlu tərəfdaşdır.

Əvvəlki Yazı

AfD Merzi Starmerin nümunəsini izləməyə və istefa verməyə çağırdı

Növbəti Yazı

Vance: ABŞ və İran uğurlu bir razılaşma üçün möhkəm təməl qoyublar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.