İyun 23, 2026-0:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bakı böyük beynəlxalq forumların keçirilməsi üçün əlverişli məkana çevrilib

2026:06:22 - 16:51
in SİYASƏT
A A

Müasir dövrdə geosiyasi gərginliklərin, iqtisadi qeyri-müəyyənliklərin və təhlükəsizlik çağırışlarının artdığı şəraitdə daxili sabitlik dövlətin dayanıqlı inkişafının əsas şərtlərindən biridir. Azərbaycan da bu baxımdan uğurlu bir nümunədir. Ölkədəki sabitlik bizi təlatümlərdən qorumaqla yanaşı, uzunmüddətli layihələrin reallaşdırılmasına imkan verən strateji kursun müəyyənləşməsinə xidmət edir. Bu kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin uğurlarından biridir. Siyasi proseslərin proqnozlaşdırılmasında da bu sabitlik amili mühüm rol oynayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq platformalarında artan rolunun və etibarlı tərəfdaş kimi nüfuzunun növbəti təsdiqidir. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, maliyyə institutlarının rəhbərlərini, investorları və ekspertləri bir araya gətirən bu mötəbər tədbir Azərbaycanın beynəlxalq maliyyə və inkişaf gündəliyində mühüm mövqeyə malik olduğunu nümayiş etdirir.

“Son illərdə Bakı bir sıra nüfuzlu beynəlxalq siyasi, iqtisadi və humanitar tədbirlərə uğurla ev sahibliyi edib. Müasir infrastruktur, inkişaf etmiş nəqliyyat sistemi, yüksəksəviyyəli mehmanxana xidməti və təhlükəsizlik imkanları şəhəri iri beynəlxalq forumların keçirilməsi üçün əlverişli məkana çevirib. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının da Bakıda keçirilməsi Azərbaycanın təşkilatçılıq potensialını bir daha nümayiş etdirir”, – deyə deputat bildirib.

Azər Allahverənov Azərbaycanın son illər iqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerji layihələrinin genişləndirilməsi, rəqəmsal transformasiya və dayanıqlı inkişaf istiqamətində mühüm addımlar atdığını xatırladıb: “belə bir tədbirin Bakıda keçirilməsi bu prioritetlərin beynəlxalq səviyyədə təqdim olunmasına və ölkənin inkişaf modelinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradıb. Həmçinin tədbir yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün də əhəmiyyətli platformadır. Tədbir çərçivəsində regional iqtisadi inteqrasiya, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, enerji keçidi və innovativ maliyyə alətləri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu baxımdan, toplantılar region ölkələri arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə və yeni tərəfdaşlıqların yaranmasına töhfə verib”.

Əvvəlki Yazı

AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb

Növbəti Yazı

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.