Azərbaycanın xəmir mayası istehsalçısı “Azər Maya İstehsal” QSC təşkilatı-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
Bunu “Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “Azər Maya İstehsal” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,761 milyon manatdır. Şirkətin səhmləri “Azər-Maya” ASC-yə məxsusdur.
