Hindistan ABŞ və İran arasında münaqişələrin həlli ilə bağlı anlaşma memorandumunun imzalanmasına ehtiyatla nikbin yanaşır və onun həyata keçirilməsini gözləyir. Bu barədə Hindistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval BRICS-in yüksək səviyyəli təhlükəsizlik nümayəndələrinin Yeni Dehlidə keçirilən görüşünün açılışında bildirib.
“Hindistan ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunu alqışlayır. Biz ehtiyatla nikbinik və bu müqavilənin işləyəcəyinə ümid edirik”, – deyə o bildirib. Doval qeyd edib ki, müqavilə enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.
Hindistan Baş nazirinin müşaviri həmçinin qeyd edib ki, “Hörmüz boğazının açılması çoxdan gözlənilən bir hadisədir. Bu, təchizat zəncirindəki maneələri aradan qaldıracaq və gübrə, kimyəvi maddələr və sair də daxil olmaqla bir çox çatışmazlıqlar həll olunacaq”. O, əmin olduğunu bildirib ki, “gəmiçilik azadlığı iqtisadi rifaha töhfə verəcək”. (Tass)
