İyun 24, 2026-16:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub

2026:06:23 - 13:40
in MƏDƏNİYYƏT
A A

Şair-publisist, araşdırmaçı İlham Qəhrəmanın tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub. Yeni çap bundan əvvəlki üçüncü nəşrin təkrarıdır.

Tərtibçinin AZƏRTAC-a verdiyi məlumata görə, AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görən təkmilləşdirilmiş nəşrdə Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş bayatılar, qoşmalar, təcnislər, bayatı-tapmacalar və bağlamalar yer alıb.

Kitabın sonunda tərtibçi çətin sözlər üçün “Sözlük”, coğrafi adlar üçün izah vermişdir. Topludakı bayatılar köhnə ənənə üzrə birinci misranın son hərfinə uyğun olaraq əlifba sırası ilə düzülmüşdür. Cinas bayatı ustadının 288 səhifədə 500 (beş yüz) sayda dərc olunan nəşri İlham Qəhrəmanın “Ürək qoyulan kitab” adlı geniş “Ön söz”ü ilə açılır. Eyni zamanda “Salman Mümtazın xatirəsinə” xüsusi qeydi də tərtibçinin sələf olaraq xələflərə ehtiramının ifadəsi kimi diqqət çəkir.

Tərtibçi ümumi tirajın bir hissəsinin Şərqi və Qərbi Zəngəzur icmaları arasında paylanacağını qeyd edib.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, korrektoru filoloq Nigar İlhamqızıdır.

Qeyd edək ki, İlham Qəhrəman istifadə etdiyi qaynaqlara tənqidi yanaşmış, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirmiş, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim etmişdir. Sarı Aşığın irsi bu kitabla oxuculara tam şəkildə çatdırılır.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu nəşr Moldovada yaşayan hüquq elmləri doktoru, tanınmış ictimai xadim və iş adamı Vüqar Novruzovun maliyyə dəstəyi ilə işıq üzü görüb.

Əvvəlki Yazı

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır 

Növbəti Yazı

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.