Macarıstan Parlamenti Aİ tələblərinə cavab vermək və Brüssel tərəfindən bloklanmış 16,4 milyard avroluq Aİ vəsaitlərini təmin etmək üçün zəruri olan qanun layihələri paketini qəbul edib. Bu düzəlişlərə demokratiya və qanunun aliliyi, məhkəmə müstəqilliyi və korrupsiyaya qarşı mübarizə kimi sahələrdə mövcud qanunlara düzəlişlər daxildir.
Parlamentin spikeri Aqnes Forstxoffer ölkənin ali qanunvericilik orqanının saytında yayımlanan iclasda bildirib ki, “142 deputat düzəlişlərin lehinə, 39-u əleyhinə səs verib, üçü isə bitərəf qalıb”.
