Rusiya vasitəçi kimi konstruktiv rol oynadı və bununla da ABŞ-İran memorandumunun bağlanmasına kömək etdi. Bunu İslam Respublikasının Cenevrədəki BMT yanında daimi nümayəndəsi Əli Bəhreyn brifinqdə TASS-ın sualına cavab olaraq bildirib.
Diplomat bildirib ki, “Rusiya həmişə İranın nüvə fəaliyyəti ilə bağlı məsələlərdə müsbət kömək göstərib”. O əlavə edib ki, Rusiya bir neçə digər ölkə ilə birlikdə “danışıqlar prosesinin asanlaşdırılmasında və razılaşmanı mümkün edən müəyyən vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayıb”. (Tass)
