İyun 24, 2026-3:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişaf perspektivləri təqdim edilib

2026:06:23 - 17:44
in SOSİAL
A A

İyunun 23-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda növbəti elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elmi müəssisənin baş direktoru Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən seminarda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişaf perspektivləri və yaşıl enerji siyasətinin prioritetləri” mövzusunda məruzə ilə çıxış edib.

Cavid Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və ölkədə bərpaolunan enerji sektorunun inkişafı sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın bərpaolunan enerji potensialı quruda 135 giqavat, Xəzər dənizində isə 157 giqavat həcmində qiymətləndirilir. Məruzədə Günəş və külək enerjisinin texniki-iqtisadi üstünlükləri, enerji istehsalının elektrik şəbəkəsinə inteqrasiyası, satış bazarları və istehlakçılara çatdırılması mexanizmləri barədə ətraflı məlumat təqdim olunub.

Seminarda yaşıl enerji layihələrinin ətraf mühitin mühafizəsində, karbon emissiyalarının azaldılmasında və iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, bərpaolunan enerji mənbələrinin inkişafı ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından strateji əhəmiyyət daşıyır.

Çıxış zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən və planlaşdırılan yaşıl enerji layihələri barədə də məlumat verilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın yaşıl enerji strategiyasında xüsusi yer tutur. Bu ərazilərin yüksək Günəş, külək və hidroenerji potensialına malik olması burada genişmiqyaslı layihələrin icrasına əlverişli şərait yaradır. Yeni yaşayış məntəqələrinin salınması zamanı “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, enerji təminatında isə yaşıl texnologiyalara üstünlük verilməsi bölgənin gələcəkdə mühüm yaşıl enerji mərkəzinə çevrilməsinə imkan yaradır.

Cavid Abdullayev Azərbaycanın yaşıl enerji ixracı sahəsində perspektivlərinə də toxunub. O bildirib ki, ölkənin enerji siyasətinin əsas istiqamətlərindən biri yaşıl elektrik enerjisinin xarici bazarlara çıxarılmasıdır. Bu məqsədlə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə yüksəkgərginlikli elektrik kabelinin çəkilməsi layihəsi həyata keçirilir. Layihənin reallaşması Azərbaycanda istehsal olunan yaşıl enerjinin Avropa bazarlarına ixracına şərait yaradacaq.

Diqqətə çatdırılıb ki, dövlətin qarşıya qoyduğu əsas hədəflər sırasında 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payının əhəmiyyətli dərəcədə artırılması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi, habelə yaşıl enerjinin Avropa bazarlarına ixracının təmin edilməsi yer alır.

Məruzədən sonra seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycanın yaşıl enerji sektorunun inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları və bu sahədə elmi tədqiqatların rolu ilə bağlı təkliflər səsləndirilib.

Əvvəlki Yazı

Prezident dövlət qulluqçularını təltif etdi

Növbəti Yazı

Bülbülün Memorial Muzeyində konsert proqramı təşkil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.