İyun 24, 2026-16:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazir müavini: Pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək

2026:06:23 - 12:48
in İQTİSADİYYAT
A A

2026-2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə və rəqabətqabiliyyətli istehsal modelinə keçidə xidmət edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ına həsr olunan regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Onu sözlərinə görə, proqramın əsas fəlsəfəsi çox aydındır: daha məhsuldar, daha dayanıqlı, daha rəqabətqabiliyyətli və daha dəyər yaradan aqrar sektorun formalaşdırılması.

O qeyd edib ki, bu proqram 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu isə onu göstərir ki, sənəd yalnız ümumi yanaşma deyil, konkret hədəflərə, konkret icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanan kompleks inkişaf proqramıdır. Buğda və pambıq istehsalında məhsuldarlığın artırılması Dövlət Proqramının əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Buğda istehsalı üzrə 22 rayon, pambıq istehsalı üzrə 15 rayon hədəf rayon kimi müəyyən edilib. Onun sözlərinə görə, Mil-Muğan iqtisadi rayonunun bütün rayonları bu 22 və 15 rayonun siyahısına daxildir. Nazir müavini qeyd edib ki, hədəf rayonlarda buğda və pambığın orta məhsuldarlığının 50 sentnerə çatdırılması nəzərdə tutulur. Müasir suvarma sistemlərinin genişləndirilməsi də Dövlət Proqramının əsas prioritetləri sırasında yer alır. Hazırda müasir suvarma sistemləri quraşdırılmış sahələr 130 min hektardır. 2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması proqnozlaşdırılır. Bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. Müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri üçün fermerlərə əlavə subsidiya verilir və hazırda bu məbləğ hər hektara görə 60 manat təşkil edir”, – deyə nazir müavini əlavə edib.

Əvvəlki Yazı

Hikmət Hacıyev: Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir

Növbəti Yazı

Azərbaycan və Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.