İyun 24, 2026-23:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Yaşar Zeynalovun ən böyük arzusu Qarabağ Zəfərini əks etdirən panorama muzeyi yaratmaqdır

2026:06:24 - 17:15
in MƏDƏNİYYƏT
A A

Türkiyədə uğurla fəaliyyət göstərən həmvətənlərimizdən biri də Azərbaycanın Əməkdar rəssamı Yaşar Zeynalovdur. Tarix boyu fərqli sivilizasiyalara və möhtəşəm döyüşlərə səhnə olan Türkiyənin bu zəngin keçmişi, adətən, kitablar və sənədli filmlər vasitəsilə çatdırılır. Lakin qardaş ölkədə bu tarixi tamamilə fərqli üsulla canlandıran xüsusi məkanlar da mövcuddur. Soydaşımız Yaşar Zeynalov məhz bu qəbildən olan unikal tarixi-bədii məkanların yaradıcılarındandır.

Türkiyənin istisnayi vətəndaşlığına layiq görülən Əməkdar rəssam Yaşar Zeynalov həyat hekayəsini AZƏRTAC-la bölüşüb.

1960-cı ildə Bakıda dünyaya gələn Yaşar Zeynalov rəssamlıq fəaliyyətinə 1975-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda başlayıb. Təhsilini V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbində (indiki Ştiqlits Akademiyası) davam etdirən sənətkar 1987-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasının dizayn bölümündə müəllimliyə başlayıb. Otuz ildən çoxdur fəaliyyətini Türkiyədə davam etdirən Yaşar Zeynalov 1994-2005-ci illər arasında qardaş ölkədə bir çox cizgi filminin çəkilişində rəssam olaraq iştirak edib, yüzlərlə kitabın illüstrasiyasını hazırlayıb. Sənətkar 2005-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən İstanbulun fəthi ilə bağlı panorama muzeyinin yaradılması üçün dəvət alır. Gözlənilməz bu dəvət rəssama sənətini daha geniş ictimaiyyətə çatdırmaq üçün böyük imkan yaradır.

1453-cü il aprelin 6-dan mayın 29-dək davam edən gərgin mühasirənin ardından 21 yaşlı Fateh Sultan Mehmedin komandanlığı altındakı Osmanlı Ordusu Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopolu fəth edir. Osmanlını bir imperiyaya çevirən, adını dünya hərb tarixinə qızıl hərflərlə yazdıran bu fəth bəzi tarixçilər tərəfindən orta çağın sonu yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Hazırda İstanbulda bu tarixi hadisəni ən incə məqamlarınadək özündə əks etdirən “Panorama 1453 Tarix Muzeyi” fəaliyyət göstərir. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən inşa edilən və dünyanın ilk tam panoramik muzeyi adını daşıyan bu məkanın baş rəssamı isə Yaşar Zeynalovdur.

“Burada on mindən çox insan fiquru əks olunub. Lakin muzeyin hazırlanmasında mənim üçün ən çətin məqam məhz İstanbul fatehinin portretini çəkmək oldu. Çünki Fateh Sultan Mehmet deyəndə insanların gözündə XV əsrdə yaşamış italyan rəssam Gentile Bellini tərəfindən çəkilən portret canlanır. O əsərin çəkildiyi dövrdə sultanın təxminən 46 yaşı olub. Bunu nəzərə alaraq biz panorama muzeyində ona bənzər, lakin daha gənc fatehi canlandırdıq. Təbii ki, bu, ilk vaxtlar bəziləri tərəfindən qəbul edilmədi, etiraz edənlər də oldu. İndi isə hər 29 may günü İstanbulu fatehin məhz o portret bəzəyir”-deyə, rəssam gülümsəyir.

Mindən çox ayrı-ayrı rəsmin birləşməsindən meydana gələn muzeydə İstanbul uğrunda gedən müharibədə Osmanlı Ordusu tərəfindən istifadə edilən silahlar, eləcə də bu fəth üçün xüsusi hazırlanan topların bənzər maketləri də sərgilənir. Ümumilikdə 2700 kvadratmetr ərazini əhatə edən panorama rəsminin ümumi çapı isə 38 metrdir.

Dünyada ilk panorama muzeylərinin yaradılması hələ 100-150 il əvvələ təsadüf edir. Bizim muzeyimizi bənzəri məkanlardan fərqləndirən cəhət isə qübbəsinin də rəsmlərdən hazırlanmasıdır. Buranın işıqlandırılmasında da yeni texnologiyalara uyğun süni cihazlarından istifadə edilib”-deyən

Yaşar Zeynalov muzeyin hazırlanmasından sonra o vaxt ölkənin Baş naziri vəzifəsini icra edən Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyənin istisnai vətəndaşlığına layiq görülüb və ölkənin fərqli bölgələrində buna bənzər digər muzeylərin hazırlanması üçün dəvət alıb.

Artıq 19 ildir sənəti ilə qardaş ölkədə tarixi canlandıran rəssam Türkiyənin bir çox bölgəsində panorama və diorama muzeyləri hazırlayıb.

Yaşar Zeynalov 2012-ci ildə Türkiyənin “Harbiye” hərbi muzeyi üçün “Mohaç müharibəsi”, 2016-cı ildə Konya şəhərində “Zindanqala” diarama muzeylərini, 2017-ci ildə Konya İslam Mədəniyyət Mərkəzində “Konyanüma”, 2018-ci ildə “Bursa 1326” panorama və “Manisa Mesir Macunu Şənliyi” diorama muzeylərini yaradıb.

Yaşar Zeynalov 2021-ci ildə Ankaranın Etimesqut Bələdiyyəsinin Türk Tarix Parkı üçün “Ergenekon dastanı”, “Malazgirt müharibəsi”, “İstanbulun fəthi” və “Sakarya meydan müharibəsi”, 2025-ci ildə isə Kütahya şəhərində “Dumlupınar” diorama muzeylərini hazırlayıb. Sənətkar 2023-cü ildə Uşak şəhərində “100-cü il Cümhuriyyət Muzeyini” tamamlayıb.

Hazırda gördüyü işlər barədə danışan rəssam deyib: “İndi “Köhnə Van şəhəri” panorama muzeyini hazırlayırıq. Bu şəhər 1915-ci ildə ermənilər tərəfindən sözün əsl mənasında yox edilib və biz burada Vanın köhnə görkəmini canlandırmışıq ki, bu da 1800-cü illərin sonuna təsadüf edir. Yaxın vaxtlarda muzeyimizin rəsmi açılışı olacaq”.

Qardaş ölkədə bir çox mühüm layihəyə imza atan Əməkdar rəssamın ən böyük arzusu Azərbaycanda da Qarabağ Zəfərini əks etdirən panorama muzeyi yaratmaqdır.

Əvvəlki Yazı

Azərbaycan İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələrini müzakirə edib

Növbəti Yazı

BDU-nun rektoru Budapeştdə süni intellekt və elmi əməkdaşlığın gələcəyindən danışıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.