NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, vaxtında Ukrayna Şimali Atlantika Alyansına qəbul ediləcək, lakin bunun nə vaxt baş verə biləcəyini hələ dəqiqləşdirməyib.
“Ukraynanın gələcəyi NATO-dadır” deyə o , alyansa üzv ölkələrin xarici əlaqələr idarələri rəhbərlərinin Brüsseldə başlayan iki günlük iclası ərəfəsində Index onlayn nəşrinə müsahibəsində bildirib . “Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır və biz üzvlük yolunda lazımi islahatların aparılmasında ona dəstək verməyə davam edəcəyik”, – Stoltenberq bildirib.
Eyni zamanda o qeyd edib ki, NATO liderləri “bütün şərtlər yerinə yetirildikdə və müttəfiqlər razılaşdıqda, Ukraynanı [ittifaqa] qoşulmağa dəvət etmək qərarına gəliblər”.
Stoltenberq xatırladıb ki, “NATO-nun bu il Vilnüsdə keçirilən sammitində müttəfiqlər Ukraynaya Sovet dövründən NATO avadanlıq və standartlarına, eləcə də orduların qarşılıqlı fəaliyyətinə keçidinə kömək etmək üçün çoxillik proqram haqqında razılığa gəliblər”. “Bu günə qədər müttəfiqlər [Kiyevin] kritik ehtiyaclarını, o cümlədən yanacaq, tibbi avadanlıq, minalardan təmizləmə avadanlığı və ponton körpülərini ödəmək üçün 500 milyon avro ayırmağa söz veriblər” deyib. (Tass)