İyun 29, 2026-12:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb

2026:06:25 - 11:20
in MƏDƏNİYYƏT
A A

Azərbaycanda ilk dəfə təşkil olunan “El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, festivalın son günü Opera Studiyasında keçirilib. Tədbirdə tanqo sənətinin inkişafına töhfə verən rəqqaslar, müəllimlər və tanqo həvəskarları bir araya gəliblər.

Yekun konsert proqramında beynəlxalq səviyyəli “Solo Tango” və “La Argenta Típica” orkestrləri çıxış edib.

Festivalın qonaqları sırasında İtaliyada yaşayan argentinalı tanqo ustaları Neri və Şanina da yer alıblar. Dünya çempionatlarının finalçıları və beynəlxalq dərəcəli hakimlər olan rəqqaslar tamaşaçılara xüsusi proqram təqdim ediblər.

Konsertdə üç peşəkar rəqs cütlüyü səhnəyə çıxıb. Neri və Şanina Argentina tanqosunu təqdim ediblər. Yekaterinburqdan olan Yekaterina Dak və Maksim, həmçinin Viktoriya Lizunova və Xesus Qorqona da öz çıxışları ilə festival proqramına rəng qatıblar.

Festival günlərində ustad dərsləri, konsert proqramları, rəqs gecələri və müxtəlif mədəni tədbirlər təşkil olunub. Layihə çərçivəsində tanqo həvəskarları dünyaşöhrətli ifaçılar və rəqqaslarla görüşmək, onların təcrübəsindən faydalanmaq imkanı əldə ediblər.

Festival tanqo mədəniyyətinin inkişafına, beynəlxalq mədəni əlaqələrin genişlənməsinə xidmət edən əlamətdar tədbir kimi yadda qalıb.

Əvvəlki Yazı

Ağ Ev Konqresdən İranla müharibə və digər ehtiyaclar üçün 87,6 milyard dollar istəyir

Növbəti Yazı

Aytən Rəhimova: “Səda” kursları Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrə töhfə verməyə çalışır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.