CNBC-nin məlumatına görə, ABŞ prezident administrasiyası, İranla müharibə də daxil olmaqla, Konqresdən əlavə 87,6 milyard dollar maliyyələşdirmə istəyib.
Sənədə əsasən, Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Vut müvafiq sorğunu Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərib. Sənədə əsasən, Pentaqonun sursat almaq və ABŞ-ın sənaye bazasını gücləndirmək üçün 21 milyard dollara ehtiyacı var. Ebola virusu ilə mübarizə üçün daha 1,4 milyard dollar, nüvə və enerji təhlükəsizliyini təmin etmək üçün isə 768 milyon dollar tələb olunur.
Bundan əlavə, Amerika fermerlərini dəstəkləmək üçün 10 milyard dollar, Vaşinqtonda bərpa və tikinti layihələri üçün 500 milyon dollar və Nyu-Yorkdakı qatar stansiyalarından birinin yenidən qurulması üçün 1 milyard dollar lazım olduğu göstərilir. (Tass)
