BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominguez Oman sahillərində yük gəmisi ilə baş verən hadisədən sonra mətbuat brifinqini ləğv edib.
Təşkilatın mətbuat xidmətinin açıqlamasında deyilir: “Təcili vəziyyətlə əlaqədar olaraq, Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi ilə Hörmüz boğazı ilə bağlı mətbuat brifinqi növbəti xəbərdarlığa qədər təxirə salınıb. Əlavə məlumat vaxtında veriləcək”. Brifinq iyunun 25-i axşamına planlaşdırılırdı.
Daha əvvəl Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Musandam yarımadasında yerləşən Omanın Dahit şəhərindən 7,5 dəniz mili cənub-şərqdə yük gəmisinə atəş açıldığını bildirmişdi. UKMTO naməlum mərminin gəminin sağ bortuna dəydiyini və körpüyə zərər verdiyini bildirmişdi. İlkin məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. (Tass)
